b43af524-52b8-4e81-85be-9603a5e33de2..jpg

Türkiyə XİN başçısının müavini Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 368 dəfə baxılıb.

Türkiyə XİN başçısının müavini Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Şəhidlər xiyabanını
və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

“Report”un xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları
üzərinə tər güllər düzüb.

Diplomat həmçinin “Əbədi məşəl” abidəsi önünə əkil qoyub.

Yasin Ekrem Serim “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini
yazıb.

09:52

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin
Ekrem Serim bu gün Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla
yad edib.

Cixisyolu.com xəbər verir ki, o, Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi
ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Source link