Türkiyə XİN başçısının müavini: “Zəngəzur dəhlizinin açılması ilə türk
dünyasının əsri başlayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Türkiyə və Azərbaycanın rəhbərliyi altında Zəngəzur dəhlizinin açılması ilə
türk dünyasının əsri başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə xarici
işlər nazirinin müavini Yasin Ekrem Serim türkiyəli investorlar və iş adamları
ilə görüşündə deyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət
dövriyyəsini 15 milyard dollara çatdırmaq mümkündür.