Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin olunması və əməkdaşlığın
gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “3+3”
əməkdaşlıq platformasının İstanbulda keçirilən 3-cü görüşünün nəticələrinə dair
birgə bəyanatla bağlı məlumatında bildirilir.
Birgə bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın
yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb.
Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya sahələrində əməkdaşlıq
imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Bəyanatda, həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin
olunmasının vacibliyi bildirilib.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində “3+3” regional platforması
üzrə xarici işlər nazirlərinin iclası keçirilib.