Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa Milli Assambleyası 29 aprel 2024-cü il tarixli assuriyalılar və
keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası
olmayan ittihamlar irəli sürüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatını qəbul etdiyi oxşar
qərarı dəstəkləmədiyini açıqlamışdı.
“Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların
Assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif
etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə
etmək səlahiyyəti yoxdur.
Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız
səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci
il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar
haqqında” Konvensiyasına ziddir”.
Mənbə: mfa.gov.tr