Türkiyənin Iğdır şəhərində dəhşətli ailə dramı baş verib. Dini nikahla yaşadığı qadını öldürən ər özü də intihar edib.
ÇıxışYolu.Com Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Iğdırın Karakoyunlu qəsəbəsi yaxınlığında yerləşən Şıraçı kəndində baş verib.
35 yaşlı Taner Parlar Azərbaycan əsilli, iki uşaq anası olan arvadı Heyran Hüseynovanı tapançadan atəş açaraq öldürüb.
Hadisə yerində aparılan araşdırmalardan sonra ər və arvadın cəsədləri Ərzurum Ədliyyə İdarəsinin morquna aparılıb.