Türkiyədə 208 mahnı qadağan olunub

Türkiyədə 208 mahnı qadağan olunub

Baxış sayı: 5. 164 dəfə baxılıb.

 Türkiyənin tele-radio şirkəti (TRT) öz kanal şəbəkəsində terroru və əxlaqsızlığı təbliğ edən 208 mahnının yayımını qadağan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “MiddleEastEye” məlumat yayıb.

Bu kompozisiyalar teleradio şirkətinin qara siyahısına düşüb. Ümumilikdə 142 türk və 66 kürd pop mahnıları, eyni zamanda ölkədə populyar olan müğənnilərin, Sila, Demet Akalın və Nükhet Durunun trekləri qadağan olunub.

Xalq Respublikaçı partiyasının deputatı parlament yanında fəaliyyət göstərən profil komissiyasından qəbul olunan qərarla bağlı izahat tələb edib.

Bu addımın atılmasına səbəb həmin musiqi parçalarında terrorizmin və əxlaqsızlığın təbliği, ailə dəyərlərinə pozulması, cinayətin təşviqi kimi amillərin yer almasıdır.

Məlumat yayıldıqdan sonra TRT bəyanatla çıxış edərək xüsusi qadağanı təkzib edir, Türkiyə Qanunvericiliyinə uyğun olaraq yalnız dövlət nizamlama qaydalarını pozan və tütün məmulatları və spirtli içki səhnələrinin yer aldığı kliplərin yayımının dayandırıldığı bildirilib.

www.ÇıxışYolu.Com