1158d3c6-5ee6-47e8-8995-9d42cdcb988a.jpg

Türkiyədə aeroportda uşağı unitaza atan rusiyalı qadının taleyinə aydınlıq gətirilib

Baxış sayı: 130 dəfə baxılıb.

Antalya şəhərində hava limanının tualetində yenidoğulmuş qızını tərk edən

rusiyalı qadın Türkiyədə mühakimə olunacaq.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə “RIA Novosti” vəkil Ayşegül Kübra Polata
istinadən məlumat verib.

“Hadisə burada baş verdiyi üçün məhkəmə Türkiyə qanunvericiliyinə əsasən,
ölkəmizdə keçiriləcək, bundan sonra nə olacağı məlum deyil”, – deyə hüquqşünas
bildirib.

Xatırladaq ki, 18 yaşlı rusiyalı qadın oktyabrın 13-də Antalya hava limanının
əlillər üçün tualetdə uşaq dünyaya gətirib və onu unitaza atıb. Qız uşağını
xadimələr tapıblar. Körpənin 10 dəqiqədən çox tək qaldığı müəyyən edilib.
Sonradan ana artıq çəkisi səbəbindən hamiləliyindən xəbəri olmadığını iddia
edib. Onun barəsində cinayət işi açılıb.

Yeni doğulmuş körpə Türkiyədə xəstəxanaya yerləşdirilib və ona Rusiya
vətəndaşlığı rəsmiləşdirilib. Yaxın zamanda qız uşağının Rusiyaya köçürüləcəyi
gözlənilir.

Source link