Türkiyədə ağır qəza: Dörd ölü, 22 yaralı - FOTO

Türkiyədə ağır qəza: Dörd ölü, 22 yaralı – FOTO

Baxış sayı: 2. 759 dəfə baxılıb.

Türkiyənin Ərdahan əyalətinin Çıldır rayonunda həftəsonu tətili üçün Gürcüstana gedən müəllimlər və ailələrini aparan mikroavtobus dərəyə yuvarlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, qəzada dörd nəfər ölüb, 22 nəfər yaralanıb.

Iğdırdan Gürcüstana gedən mikroavtobus Çıldır-Aktaş yolunda, Mozaret dağı mövqelərində dərəyə yuvarlanıb.

Qəzadan sonra hadisə yerinə xilasetmə, təcili tibbi yardım və jandarma çağırılıb.

Yaralılar xəstəxanalara çatdırılıb. Ölənlərin artacağı istisna olunmur.

www.ÇıxışYolu.Com