Türkiyənin Kayseri şəhərində ağır yol qəzası baş verib.
ÇıxışYolu.Com “Anadolu”ya istinadən xəbər verir ki, Kayseri-Malatya avtomobil yolunda təcili yardım maşını minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində ikisi uşaq olmaqla altı nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Qəzada ölənlərin hamısı – Mustafa, Mehmet, Safiye Nur, Hamza, Zehra və Soner Üzümlər bir ailənin üzvləri olublar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.