Türkiyənin atom enerji agentliyi “Akkuyu” AES-nın ilk blokunun inşası üçün Rusiyanın “Rosatom” dövlət müəssisəsinə lisenziya verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, “Rosatom”un gerçəkləşdirdiyi layihənin Türkiyənin bütün tələblərinə cavab verdiyi müəyyən edilib.
Çərşənbə axşamı keçiriləcək stansiyanın təməl qoyma mərasimində Rusiya prezidenti Vladimir Putin və onun Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın iştirak edəcəyi gözlənilir.
Rusiya Energetika naziri Aleksandr Novakın sözlərinə görə, inşaat işlərinin birinci mərhələsi ən yaxın zamanda başlayacaq.
İri büdcəli layihədə müasir təhlükəsizlik standartlarına cavab verən dörd ədəd “VVER-1200” reaktor qurğulu “3+” nəslindən olan enerji blokunun inşası nəzərdə tutulur. Hər bir blok 1200 MVt elektrik enerjisi verəcək.