84f49fc4-e502-408a-a3e3-9e2cb5d40877..jpg

Türkiyədə antiterror əməliyyatı: İŞİD-lə əlaqəsi olan 50-dən çox şübhəli saxlanılıb – VİDEO

Baxış sayı: 351 dəfə baxılıb.

Türkiyədə antiterror əməliyyatı: İŞİD-lə əlaqəsi olan 50-dən çox şübhəli
saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xüsusi xidmət orqanları “İraq Şam İslam Dövləti” (İŞİD) terror
qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat
verib.

“21 əyalətdə dörd gün ərzində həyata keçirilən əməliyyatlar çərçivəsində 51
nəfər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, – nazir
“X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb.

Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ən çox saxlanılan (10 nəfər)
Ankaradadır.

Əməliyyatlar zamanı İŞİD-in fəaliyyətinə aid xeyli sayda sənəd və rəqəmsal
media ələ keçirilib.

2️⃣1️⃣ ilde DEAŞ Terör Örgütüne yönelik 4 gündür gerçekleştirilen
“BOZDOĞAN-18” operasyonlarında 5️⃣1️⃣ şüpheli yakalandı❗

Aziz Milletimizin Bilmesini İsterim ki,
Teröristlerin hiçbirine göz açtırmayacağız. Milletimizin duası ve desteği,
güvenlik güçlerimizin üstün gayretleriyle…pic.twitter.com/ycAoxl3mVX

— Ali Yerlikaya (@AliYerlikaya) March 31, 2024

Source link