Türkiyədə dünən saat 10 radələrində baş verən 5.9 bal gücündə zəlzələdə
500-dən çox binaya zərər dəyib.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə ölkənin Ətraf, Şəhərsalma və İqlim
Dəyişikliyi Nazirliyinin rəhbəri Murat Kurum açıqlama verib.
Onun sözlərinə görə, təbii fəlakətlə əlaqədar 1000-dən çox şikayət olub.
“Malatyanın Kale rayonunda baş verən və ətraf vilayətlərdə də hiss edilən 5.9
maqnitudalı zəlzələdən sonra Tikinti İşləri Baş İdarəsinə bağlı zərər
müəyyənetmə qruplarımızın işləri davam edir. İndiyə qədər 1211 şikayət
dəyərləndirilib. Elazığda 20 ağır zərər görmüş, 517 az zərər görmüş bina var.
Malatyada isə 18 az zərər görmüş bina müəyyən edilib”, – deyə o bildirib.
Xatırladaq ki, dünən Malatyada 5.9 bal gücündə zəlzələ baş verib
Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli vilayətlərində də hiss edilib.
Son məlumatlara görə, təbii fəlakət səbəbindən 200-ə yaxın insan həkimə
müraciət edib.