b97ba4ec-84f8-4a1e-860f-e16582efa2c3..jpg

Türkiyədə çimərliklərdə tapılan cəsədlərin sayı doqquza çatıb – YENİLƏNİB

Baxış sayı: 654 dəfə baxılıb.

Türkiyədə çimərliklərdə tapılan cəsədlərin sayı doqquza çatıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə son bir həftə ərzində çimərliklərdə tapılan cəsədlərin sayı doqquza
çatıb.

Bazar ertəsi Antalyada iki, Muğlada bir cəsəd tapılıb.

Xatırladaq ki, təkcə son beş gündə Antalya çimərliklərində altı nəfərin meyiti
tapılıb. Yerli hakimiyyət rəsmiləri ölənlərin qayığı qəzaya uğrayan suriyalı
qaçqınlar olduğunu güman edirlər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Hürriyet

8:16

Bu həftə Türkiyənin Antalya vilayətinin sahillərində aşkarlanan meyitlər
qayığı batan qeyri-qanuni miqrantlara aid ola bilər.

Məlumata görə, təkcə son beş gündə Antalyanın Alanya və Manavqat bölgələri
çimərliklərində altı kişi və qadın meyiti sudan çıxarılıb.

İlkin hesablamalara görə, onlar uzun müddət suda qalıblar.

Məhkəmə-tibb ekspertləri hələ ki qurbanların kimliyini müəyyən etməyiblər.

Qeyd edək ki, Antalyanın qərbində yerləşən Egey dənizi Avropaya aktiv
qeyri-qanuni miqrasiya yolu olaraq qalır. Bölgədəki Türkiyə Sahil Mühafizəsi
mütəmadi olaraq qeyri-qanuni mühacirləri daşıyan qayıqların qarşısını alır və
ya qayıqları batan insanları xilas edir.

Mənbə: Habertürk

Source link