Türk lirəsi dollara nisbətdə ucuzlaşmaqda davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, dollar/lirə məzənnəsi 4.80 lirə səviyyəsini də görərək rekordu yeniləyib.
Lirə dollar qarşısında daha 2%-dən çox dəyərdən düşüb.
Avro/lirə məzənnəsi isə 5.70 səviyyəsini aşıb və beləliklə, tarixinin ən yüksək səviyyəsinə qalxıb.
Lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi “Fitch Rating”in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub.
Qeyd edək ki, ilin əvvəlindən indiyədək türk lirəsi dollara nisbətdə 20.27 faiz ucuzlaşıb.