Türkiyədə dolların məzənnəsi yenidən yüksəlməyə başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, dollar türk lirəsinə nisbətdə 4,57 lirəyə qədər bahalaşıb.
Avro/lirə məzənnəsi 5,36 lirə təşkil edib.
Qeyd edək ki, ötən həftə Mərkəzi Bank türk lirəsinin dəyərsizləşməsinin qarşısını almaq məqsədilə önəmli addımların atılacağını bəyan etmişdi. Bu bəyanatdan sonra dollar lirəyə nisbətdə 8-10 kuruş ucuzlaşmışdı.
Türtkiyəli ekspertlərin rəyinə görə, lirənin mənzənnəsinə neftin dünya bazar qiymətinin 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları keçməsi təsir edir. Belə ki, neftin bahalaşması enerji idxalçısı olan Türkiyənin valyutasını ucuzlaşdırır.
Bu arada, Türkiyə Mərkəzi Bankının lirəni qoruyub-saxlamaq üçün faiz artımına gedəcəyi gözlənilmir.