Türkiyədə dollarla bağlı yalan məlumat yayanlara qarşı əməliyyat

Baxış sayı: 2. 123 dəfə baxılıb.

Türkiyədə dollarla bağlı yalan məlumat yayanlara qarşı əməliyyat

Son günlər ölkə iqtisadiyyatında dollar kursu manipulyasiyaları ilə mənfi fikir formalaşdırmağa yönəlmiş  paylaşımlar edənlər Təhlükəsizlik İdarəsi Kibercinayətlərlə Mübarizə İdarəsi tərəfindən izlənilməkdə və bununla bağlı hüquqi prosedurlar yerinə yetirilməkdədir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədəTürkiyə Təhlükəsizlik İdarəsinin ölkə iqtisadiyyatına yönəlmiş təxribat xarakterli paylaşımlarla bağlı açıqlamasında deyilir.

“Dolların kursu ilə bağlı təxribat xarakterli məlumat yayan 346 sosial media hesabı müəyyən edilib və müvafiq hüquqi prosedur başladılıb”, – məlumatda qeyd edilib.

www.ÇıxışYolu.Com