Türkiyədə F-16 qırıcısı qəzaya uğradı

Türkiyədə F-16 qırıcısı qəzaya uğradı

Baxış sayı: 2. 629 dəfə baxılıb.

Türkiyənin Nevşehir bölgəsində Gülşehir rayonu ərazisində hərbi təyyarə qəzaya uğrayıb.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada F-16 qırıcısının təlim zamanı qəzaya uğradığını bildirib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

www.ÇıxışYolu.Com