Türkiyədə fabrikdə partlayış: Çox sayda yaralı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda dəmir-polad fabrikində baş
verən partlayışda 13 işçi yaralanıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Qeyd olunub ki, zərərçəkmişlərdən 9-u İskenderun Dövlət Xəstəxanasına, 4-ü
Dördyol Dövlət Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Haber Global, İHA