11812ce9-4dac-4747-afb8-8749c6fbba57..jpg

Türkiyədə faciə: Ölən də, öldürən də doqquz yaşında – FOTO

Baxış sayı: 496 dəfə baxılıb.

Türkiyədə faciə: Ölən də, öldürən də doqquz yaşında – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə doqquz yaşlı uşaqların tüfənglə zarafatı ölümlə nəticələnib.

Məlumata görə, faciə Bursa şəhərində yaşanıb.

Bildirilir ki, C.K. adlı üçüncü sinif şagirdi ailəsi ilə birlikdə nənəsinin
evinə qonaq gedib. O, otaqların birində əmisi oğlu Miraç Güvenirlə oyun
oynayarkən ov tüfəngi tapıb.

C.K. zarafatla tüfəngi Miraç Güvenirə tərəf yönəldib və tətiyi çəkib. Nəticədə
güllə Miraçın başına dəyib. Səsə gələn ailə üzvləri uşaqlardan birinin əlində
tüfənglə şok vəziyyətində durduğunu, digərinin yerdə qan içində olduğunu
görüblər.

Hadisə yerinə polis və təcili yardım çağırılıb. Tibb işçiləri Miraçın öldüyünü
təsdiqləyiblər. C.K. polis idarəsinə dindirilmək üçün aparılıb.

Hadisə ilə bağlı istintaq başlanılıb.

Mənbə: CNN Türk

Source link