Türkiyədə “Fergio House” əməliyyatı: Ədəbsiz ziyafət təşkil etməyə hazırlaşan
19 nəfər saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Asayiş Şöbə Müdirliyi Əxlaq Bürosu qrupları tərəfindən İstanbul daxil
olmaqla 8 bölgədə “Fergio House” adlı sosial media hesabından ədəbsiz
paylaşımlar edən şəxslərə qarşı əməliyyat keçirilib.
“Fergio House” hesabı ilə edilən paylaşımlarda həmçinin ədəbsiz məclislərin
təşkil olunacağı da elan edilib.
Araşdırmalar zamanı məlum olub ki, bu sosial media hesabı 12 kişi və 4 qadın
tərəfindən istifadə olunur. Bununla bağlı İstanbulun Büyükçekmece,
Qaziosmanpaşa, Kartal, Beyoğlu, Eyüpsultan rayonları və İsparta, Hakkari,
Ankara, Qaziantep, İzmir, Konya və Antalya şəhərlərində 15 fərqli ünvanda eyni
vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 15-i kişi, 4-ü qadın olmaqla 19
şübhəli şəxs saxlanılıb.
Ünvanlarda aparılan axtarışlar zamanı ədəbsiz məzmunlu videolarda istifadə
edilən müxtəlif rənglərdə və modellərdə 70 maska, 13 ədəd fantaziya paltarı,
üzərində etibarsız olduğu bildirilən 2 min saxta 100 dollarlıq əskinas,
fantaziya materialı kimi istifadə edilən əşyalar, şübhəlilərə məxsus 19 ədəd
mobil telefon və SİM kartlar aşkar edilib.
Şübhəlilər isə polis bölməsində əməliyyatları tamamlandıqdan sonra ədliyyə
orqanlarına göndərilib.
Digər tərəfdən, onların bu yolla əldə etdikləri gəlirlərin müəyyən edilməsi
üçün araşdırmalara başlanılıb.
Mənbə: Haber Global