Türkiyə hüquq mühafizə orqanları mərkəz Kahramanmaraş olmaqla 14 rayonda FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kahramanmaraş prokurorluğunun, Daxili İşlər, Terrorçuluğa və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının Türkiyə Ordusundakı gizli bağlantıları aşkar edilib.
Kahramanmaraşda xidmətdə olan xeyli sayda zabit, gizir və çavuş saxlanılıb. Bundan başqa, FETÖ ilə ordudakı adamları arasında əlaqə yaradan “təşkilatın imamları” həbs olunub. Qeyd edək ki, “təşkilatın imamları” orduda mühüm vəzifələrdə çalışırlarmış. Saxlanılan şəxslərlə bağlı araşdırma Ağır Cinayətlərə dair Məhkəmədə aparılır.