Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyətin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib.
ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir müavini Bekir Bozdağ açıqlama verib.
Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra üç ay müddətinə elan olunub. Buna qədər rejimin müddəti altı dəfə uzadılıb.