Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ “Habertürk TV”-nin canlı yayımına qatılıb.
ÇıxışYolu.Com xəbər verir ki, Bozdağ Türkiyənin Tel-Rıfatdakı əməliyyatlarından danışıb:
“YPG/PYD terror təşkilatları Afrində necə təmizlənibsə, Tel-Rıfatdan da elə təmizlənəcək. Orada sona yaxınlaşmışıq”.
Hökumət sözçüsü Türkiyədə fövqəladə vəziyyət barədə açıqlama verib:
“FETÖ kimi terror təşkilatları ilə mücadilə davam edir. Fövqəladə hal rejiminin uzanmasına ehtiyac var. Türkiyə Böyük Millət Məclisi qəbul etsə, rejim yenidən uzadıla bilər”.