ae7c7511-f787-42d5-b74c-cd70993cf12e..jpg

Türkiyədə futbolçular arasında kütləvi dava: Polis gözyaşardıcı qazdan istifadə etdi – FOTO

Baxış sayı: 738 dəfə baxılıb.

Türkiyədə futbolçular arasında kütləvi dava: Polis gözyaşardıcı qazdan
istifadə etdi – FOTO

Türkiyə Həvəskar Liqasında keçirilən “Yeniçağaspor” – “Karabük İdman Yurdu”
oyunundan sonra kütləvi dava olub.

2:2 hesabı ilə başa çatan qarşılaşmanın ardınca iki komandanın futbolçuları və
klub rəsmiləri əlbəyaxa olublar. İnsidentə hüquq-mühafizə xidmətinin
əməkdaşları müdaxilə ediblər. Ancaq aranı sakitləşdirmək mümkün olmayıb. Belə
olanda polis gözyaşardıcı qazdan istifadə etməli olub.

Döyülən qonaq komandanın üzvləri matçdan sonra xəstəxanaya müraciət ediblər.
Klub məsələ ilə bağlı hüquqi prosedurlara başlanacağını açıqlanıb.

Source link