2f3d5da1-b21f-4965-877c-c28c8adfdc3c..jpg

Türkiyədə futbolunda qəribə cəza: “Fənərbağça” futbolçusunu topa görə cərimələyib

Baxış sayı: 778 dəfə baxılıb.

Türkiyədə futbolunda qəribə cəza: “Fənərbağça” futbolçusunu topa görə
cərimələyib

“Fənərbağça”nın futbolçusu Serdar Dursun klubu Türkiyə Futbol Federasiyasına
şikayət edib.

31 yaşlı hücumçu İstanbul təmsilçisinin onu haqsız cərimələməsindən narazı
olub. Ancaq federasiya klubun qərarını düzgün hesab edib. S.Dursunun
apellyasiya şikayəti də təmin edilməyib.

Serdarın klub tərəfindən cəzalandırılmasına gəlincə, bu, mövsümün əvvəlində
futbolçunun sosial şəbəkə hesabındakı paylaşımına görə olub. O, istifadə
etdikləri topdan narazı olduğunu bildirdiyi bir paylaşım edib. Klub bunu
bəyənməyib və futbolçusunu 15 min avro cərimələyib.

Mənbə: “Sporx”

Source link