Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, H.Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir.
Vətəndaşların şikayətləri əsasında H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev İnterpol xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
Cinayət işində beş zərərçəkmiş var.