Türkiyədə hərbçilərə hücum: 1 şəhid, 3 yaralı

Türkiyədə hərbçilərə hücum: 1 şəhid, 3 yaralı

Baxış sayı: 2. 080 dəfə baxılıb.

Türkiyənin Bingöl vilayətinin Yedisu rayonunda türkiyəli hərbçilər terrorçuların silahlı hücumuna məruz qalıb.

ÇıxışYolu.Com “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir əsgər şəhid olub, üç nəfər yaralanıb.

Hərbçilər məişət tullantılarını hərbi hissədən çıxaran zaman PKK terrorçularının atəşinə tuş gəlib. Əsgərlər atəşlə qarşılıq verib.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə irimiqyaslı əməliyyat aparılır.

.
www.ÇıxışYolu.Com