Türkiyədə Niderland Krallığının kəşfiyyat xidmətinin nümayəndəsi saxlanılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə KİV ölkənin Milli Kəşfiyyat Xidmətinə istinadən yazır.
Bildirilir ki, saxlanılan hollandiyalı kəşfiyyatçı əvvəllər Əfqanıstanda olub.
O, həmçinin Türkiyənin Suriyanın Afrin şəhərində keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatına qarşı etiraz aksiyalarının təşkilində iştirak edib.