Türkiyədə iki britaniyalı turistin meyiti tapılıb – VİDEO

Türkiyədə iki britaniyalı turistin meyiti tapılıb – VİDEO

Baxış sayı: 2. 071 dəfə baxılıb.

Türkiyənin Fəthiyyə şəhərində iki Britaniya vətəndaşı naməlum şəraitdə vəfat edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Milliyyet” məlumat yayıb.

Məlumata görə, məzuniyyətlərini Türkiyədə keçirən 51 yaşlı Samuel Ceymz və 46 yaşlı rəfiqəsi Ceyn Amanda  Günlüklü adlı yerdə təbiətin qoynunda  çadır qurub.

Turistlərin uzun müddət çadırdan çıxmadığını görən, insanlar vəziyyətdən şübhələnib. Çadıra baxış keçirilən zaman orada turistləri ölmüş vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları meyitlərin üzərində heç bir zorakılıq əlamətləri aşkarlamayıb.

Ölüm səbəbinin müəyyən edilməsi üçün meyitlər məhkəmə tibbi ekspertizasına göndərilib.

 

.
www.ÇıxışYolu.Com