Türkiyədə iki icra nümayəndəsi arasında silahlı dava: Ölən və yaralanan var –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Kütahya şəhərinin Emet rayonunda iki icra nümayəndəsi arasında
silahlı dava düşüb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
36 və 38 yaşlarında iki icra nümayəndəsi arasında borc məsələsi səbəbindən
mübahisə yaranıb.
Mübahisə qızışıb və məmurlardan biri iş yoldaşına və həmçinin dükan sahibinə
tapança ilə atəş açaraq qaçıb.
Hadisə yerinə tibbi yardım və polis qrupları cəlb ediliblər. Yaralılar təcili
yardımla xəstəxanaya çatdırılıblar.
Üç uşaq atası olan yaralı icra nümayəndəsini həkimlərin müdaxiləsinə
baxmayaraq xilas etmək mümkün olmayıb.
Atəş açan şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə: Haber Global