Türkiyənin Ərzincan əyaləti Tərcan şəhərinin müftiliyində baş vermiş atışma nəticəsində 5 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, avqustun 17-də müftinin ofisində keçirilən iclas zamanı meydana gələn söz savaşının yekunu olaraq F.A. otaqda olanlara tapançadan xaotik atəş açıb.
Hadisə yerində 2 nəfər, o cümlədən müftinin müavini həlak olub. Daha 5 nəfər yaralanıb.
Onların sırasında özünü öldürməyə cəhd edən F.A. da olub.
Yaralılar xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə rəğmən yaralılardan üçü, o cümlədən hadisəni törədən F.A dünyasını dəyişib. Digər 2 yaralının da vəziyyəti olduqca ağırdır.
Prokurorluq araşdırmaya başlayıb.