Türkiyənin ilk Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub.
ÇıxışYolu.Com türk mətbuatına istinadən xəbər verir ki, təməlqoyma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin iştirak edib.
Mərasimdə Türkiyənin enerji Naziri Albayrak da olub. Hər iki prezident tədbir zamanı çıxış edərək, AES-in sayəsində hər iki ölkənin iş sahəsində yeni addım olduğunu bildirib.
Akkuyu AES-in ilk reaktorunu 2023-cü ildə istismara verməyi planlaşdırırlar. Stansiyanın tikintisinin 20 milyard dollara başa gələcəyi gözlənilir. Bu maliyyə vəsaitinin hamısını Rusiyanın dövlət qurumları ödəyəcək.
Türkiyədə AES-in tikilməsi məsələsi 1955-ci ildə gündəmə gəlib. Bu istiqamətdə ilk konkret addım 2010-cu il mayın 12-də atılıb.
Qeyd edək ki, Mersin Akkuyu Güc Santralının ölkənin enerji ehtiyatının 10%-ni qarşılayacaq.