Türkiyədə irimiqyaslı əməliyyat: 90 terrorçu zərərsizləşdirilib

Türkiyədə irimiqyaslı əməliyyat: 90 terrorçu zərərsizləşdirilib

Baxış sayı: 2. 639 dəfə baxılıb.

Türkiyədə PKK qruplaşmasına qarşı aparılan irimiqyaslı anti-terror əməliyyatı çərçivəsində martın 24-dən 30-a kimi 90 yaraqlı zərərsizləşdirilib.

ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Türkiyə DİN-i məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Türkiyənin şərq bölgəsində – Mardin, Bitlis və Bingöl vilayətlərində aparılıb.

“Türkiyə hüdudlarında və İraqın şimalında terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar davam etdiriləcək” deyə Türkiyə DİN-nin bəyanatında qeyd olunur.  

.
www.ÇıxışYolu.Com