Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinə səsvermənin ilkin nəticələri açıqlanmaqdadır.
D Kanal xəbər verir ki, yerli vaxtla saat 20.00-nin məlumatına görə, artıq seçki qutularının 40 faizi açılıb.
Birinci yerdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”, ikinci yerdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiyasının “Milliyyət ittifaqı” bloku gedir. “Cümhur ittifaqı”nda əsas üstünlük AKP-yə məxsusdur.