Türkiyədə – İstanbulun Ümraniyə bölgəsində ötən ilin sentyabrında baş verən qorxunc cinayətin təqsirkarlarından biri yaxalanıb.
ÇıxışYolu.Com “Hürriyət”ə istinadən xəbər verir ki, ötən il sentyabrında Ümraniyə Tədris və Araşdırma Xəstəxanasının qarşısında Ramazan Sarı və arvadı Suzan Sarı amansızca güllələnib.
Cinayət Fəyyaz Elik tərəfindən törədilib. İstintaq müddətində onun cinayəti törədərkən tək olmadığı, dayısı Rəcəb Sunqunun onun yanında olduğu bəlli olub.
Yaxalanana R.Sunqun cinayətlə bağlılığını inkar edib. O bildirib ki, bacısı oğlu ilə onun hamilə arvadını xəstəxanada ziyarət etmək istəyib.
Xəstəxananın qarşısına çatanda qəflətən Fəyyaz Elik silahını çıxarıb və onlarda qabaqda gedən Sarı ailəsini güllələyib.
Polisin araşdırması nəticəsində cinayətin təfərrüatı meydana çıxıb. Məlum olub ki, 5 sentyabr 2017-ci ildə Ümraniyənin Çaxmaq məhəlləsində servis daşıması həyata keçirən iki firma arasında silahlı insident baş verib.
Qatilin – Fəyyaz Elikin qardaşı Cüneyt Elik bu hadisə nəticəsində həyatını itirib. O, qardaşının ölümündə Ramazan Sarını təqsirkar bilib və onu intiqam məqsədilə öldürmək qərarına gəlib.
Qeyd edək ki, Rəcəb Sunqun küçədə yaxalanıb. Ancaq Elikin axtarışları hələlik nəticə verməyib.