Türkiyənin Zonquldağ vilayətində özəl şaxtalardan birində baş vermiş partlayış nəticəsində iki nəfər yaralanıb, üç nəfər isə uçqun altında qalıb.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şaxtada xilasetmə işlərinə başlanılıb.
Partlayışın hansı səbəbədən baş verdiyi hələlik müəyyən edilməyib.