0f4f2f01-0223-481f-a522-c95a45596694..jpg

Türkiyədə məntəqə sədri: “Seçicilər məntəqələrə yüksək əhvali-ruhiyyədə gəlirlər”

Baxış sayı: 501 dəfə baxılıb.

Türkiyədə məntəqə sədri: “Seçicilər məntəqələrə yüksək əhvali-ruhiyyədə
gəlirlər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyədə Azərbaycanın Prezident seçkisi üzrə qurulan seçki məntəqələrinə
vətəndaşlarımız əvvəlki illərdən fərqli olaraq daha yüksək əhvali-ruhiyyədə
gəlirlər, çünki onlar ilk dəfədir ki, bütöv Azərbaycanın qalib və qürurlu
vətəndaşları olaraq bu prosesdə iştirak edirlər”.

Bu fikirləri 17 saylı Yasamal 3-cü seçki dairəsinin Azərbaycanın Türkiyədəki
səfirliyində qurulan 47 saylı seçki məntəqəsinin sədri Müşfiq Məmmədov
“Report”un Ankara bürosuna açıqlamasında bildirib.

“Özünüz də şahidsiniz və bugünkü seçki ab-havasından da bəlli olur ki,
səfirliyimizdə qurulan seçki məntəqələrində bayram ovqatı var. Azərbaycanın ən
yaşlı seçicisinin 124, ən gəncinin isə 18 yaşı var. Onları birləşdirən ortaq
nöqtə budur: Biz Azərbaycan vətəndaşı olaraq bütöv Azərbaycanın, torpağı
işğalda olmayan Vətənimizin seçkilərində iştirak edirik”, – deyən M.Məmmədov
hesab edir ki, bu gün səsvermədə iştirak edən seçicilər öz konstitusiya
hüquqlarından düzgün istifadə edəcəklər.

“Ümid edirik ki, seçicilər Azərbaycana müstəqilliyi, azadlığı, suverenliyi
qazandıran namizədi seçərək, Azərbaycan naminə ədalətli seçim edəcəklər.
Vətənimiz, millətimiz üçün xeyirli olsun”, – deyə sədr bildirib.

O, səfirlikdə seçicilər üçün hər bir şərait yaradıldığını da vurğulayıb:
“Ankara və ətraf ərazilərdən Azərbaycan vətəndaşlarınızın rahat şəkildə gələrək
seçkilərdə iştirak etməsi üçün hər bir şərait yaradılıb”.

Source link