Türkiyədə məşhur telekanalın aparıcısı stəkanın üzərindəki loqoya görə işdən
qovuldu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin TGRT telekanalında xəbər proqramının aparıcısı Meltem Günay
“Starbucks” qəhvə şəbəkəsinin loqosu olan stəkanla efirə çıxdığı üçün işdən
qovulub.
Bu barədə TGRT kanalından məlumat verilib.
Bildirilib ki, bu qərarın verilməsinə səbəb televiziya şirkətinin korporativ
qaydalarının pozulmasıdır. Şirkətin verdiyi açıqlamada xüsusilə gizli reklamla
bağlı qaydaların pozulduğu, bunun, həmçinin, Qəzza zolağındakı vəziyyətlə bağlı
olduğu da nəzərə çatdırılıb. Proqramın redaktoru da bu səbəbdən işdən çıxarılıb.
Qeyd edək ki, Meltem Günay 2017-ci ildə “TGRT News”un “Ən yaxşı səhər şousu
aparıcısı” mükafatını alıb.
Xatırladaq ki, daha əvvəl Fələstinlə silahlı münaqişədə İsraili dəstəkləyən
brendlərin boykot edilməsi tələbi ilə bütün dünyanı etiraz dalğası bürüyüb. 150
şirkət HƏMAS-ın hücumunu pisləyən bəyanatlar verib və bu kontekstdə onlarla
ölkədə fəaliyyət göstərən böyük xarici şirkətlərlə yanaşı, “Disney”,
“Starbucks”, “McDonald’s”, “Puma”, “Dior”, “L’Oreal” kimi məşhur şirkətlər də
boykota məruz qalıb.
Mənbə: Lenta.ru