12328793-3ec1-4e28-a23d-f5a5020ba79d.webp

Türkiyədə Merih Demirala heykəl ucaldılıb

Baxış sayı: 44 dəfə baxılıb.

Türkiyənin Bolu şəhərində Türkiyə milli komandasının müdafiəçisi Merih
Demirala heykəl ucaldılıb.

Cixisyolu.com bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, Avropa Çempionatının 1/8 final mərhələsində baş tutan Türkiyə –
Avstriya qarşılaşmasında dubl edərək qələbədə böyük pay sahibi olan Merih
Demiral “bozqurd” işarəsi göstərmişdi. Bu hadisədən sonra futbolçunun hərəkəti
siyasi jest kimi qiymətləndirilmiş və ona ikioyunluq cəza verilmişdi.

Öz növbəsində Bolu Bələdiyyə Başçısı Tanju Özcan söz vermişdi ki, Merih
Demirala şəhərdə heykəl ucaldılacaq.

Source link