Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda göyərtəsində qanunsuz miqrantların olduğu gəminin batması nəticəsində yeddi nəfər ölüb.
ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadla xəbər verir ki, qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan miqrantlardan həlak olan yeddi nəfərin hamısı Əfqanıstan vətəndaşıdır.
Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
Qəzaya uğrayan gəmidəki miqrantlara köməyə gələn balıqçılar 13 nəfəri xilas ediblər. Xilas edilənlər dərhal xəstəxanaya yerləşdiriliblər.