fac7b0c8-70ba-4396-a617-5290b58c43d7..jpg

Türkiyədə müalicə alan daha bir qazimiz Vətənə qayıdıb – FOTO

Baxış sayı: 826 dəfə baxılıb.

Türkiyədə müalicə alan daha bir qazimiz Vətənə qayıdıb – FOTO

Türkiyədə müalicə alan qazimiz Vahid İmanlı Taleh oğlu Vətənə qayıdıb.

Bu barədə “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, V.İmanlı iki il müddətində Türkiyədə müalicə alıb. Fond
tərəfindən müalicə xərcləri qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.
Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə
qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman
vasitələri də Fond tərəfindən təmin edilir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün
yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün
keçid:https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Source link