ab24bc98-ffce-499f-b927-2e46f2ed243f..jpg

Türkiyədə narıncı və boz kateqoriyalı üç terrorçu zərərsizləşdirildi – VİDEO

Baxış sayı: 585 dəfə baxılıb.

Türkiyədə narıncı və boz kateqoriyalı üç terrorçu zərərsizləşdirildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Diyarbakır vilayətinin Lice Kıyıköy çölündə biri narıncı, ikisi boz
kateqoriyalı olmaqla 3 terrorçu zərərsizləşdirilib. Həmçinin Şırnakda bir
terrorçu ələ keçirilib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir
terrorla mübarizə üzrə son məlumatları paylaşıb.

Məlumata görə, aparılan kəşfiyyat işləri nəticəsində 3 terrorçu
zərərsizləşdirilib, Hasan Binbir adlı terrorçu həbs edilib.

Zərərsizləşdirilən terrorçulardan biri Daxili İşlər Nazirliyinin axtarışda
olan terrorçular siyahısında narıncı kateqoriyadan “Bedran Hoca” kod adlı Nazım
Hikmət Ülgen, digər ikisinin isə boz kateqoriyada axtarışda olan “Civan” kod
adlı Onur Kamiloğlu və “Seyit Batman Brüsk” kod adlı Muhəmmed Gönyeli olduğu
müəyyən edilib.

Mənbə: Haber Global


Source link