Türkiyədə nazir müavini qəzada öldü

Baxış sayı: 2. 349 dəfə baxılıb.

Türkiyədə nazir müavini qəzada öldü

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini qəzada ölüb.

“Hürriyyet” xəbər verir ki, 1071-ci ildə baş tutmuş Malazgirt döyüşündəki zəfərin 948-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etdikdən sonra Van şəhərinin Erciş qəsəbəsinə gedən professor Haluk Dursun yol qəzasında dünyasını dəyişib.

Qəzada avtomobilin sürücüsü və nazirin yanında olan iki nəfər ağır yaralanıb. H.Dursun isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, türkoloq, tarixçi, professor H.Dursun 2018-ci ildən Mədəniyyət nazirinin müavini vəzifəsini icra edib.

O, İstanbulun məşhur Topqapı Muzeyinin direktoru vəzifəsində də çalışıb.