bdc45739-b7e8-498e-ba7d-c0cc53ed804f..jpg

Türkiyədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək – FOTO

Baxış sayı: 578 dəfə baxılıb.

Türkiyədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək – FOTO

Türkiyədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək.

Bu barədə Mərkəzdən məlumat verilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi Türkiyəyə səfəri çərçivəsində
Mərkəzin üzvləri, Türkiyənin sabiq baş naziri Binəli Yıldırımla və BMT Baş
Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır, İslam Əməkdaşlıq
Təşkilatının sabiq baş katibi İkmələddin İhsanoğlu və Türkiyənin sabiq Xarici
işlər naziri Hikmət Çətinlə görüşlər keçirib.

Keçirilən görüşlərdə cari ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş
Assambleyası çərçivəsində keçiriləcək XXVI Yüksək Səviyyəli Toplantı və XI
Qlobal Bakı Forumu, o cümlədən Mərkəzin üzvlərinin iştirakı ilə 2024-cü ildə
yüksək səviyyəli toplantısının Türkiyə Respublikasında keçirilməsinin
əhəmiyyəti müzakirə edilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən BMT Baş
Assambleyası çərçivəsində “Shaping the Future Rebooting Multilateralism”
mövzusunda təşkil etdiyi XXVI Yüksək Səviyyəli toplantısının işində dünyanın
40-dan çox ölkəsindən 30-dan çox cari və sabiq ölkə və hökumət başçıları
qatılacaqlar.

Source link