Türkiyədə Osmanlı dövrünə aid “Hərəkə” xalçası bərpa olunacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyədə Osmanlı dövrünə aid “Hərəkə” xalçası bərpa olunacaq.
Məlumata görə, xalça Sultan II Əbdülhəmidin fərmanı ilə 1905-ci ildə Haaqadakı
Sülh Sarayına hədiyyə edilib. Onun ölçüsü təxminən 162 kvadratmetrdir.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan bildirib ki,
xalçanın orijinal fakturasının və estetikasının qorunub saxlanmasına böyük
diqqət yetiriləcək.
Qeyd edək ki, bərpa prosesində həm müasir, həm də ənənəvi üsullardan istifadə
olunacaq.
Mənbə: “Anadolu” Agentliyi