Türkiyədə özlərini Milli Kəşfiyyat Təşkilatı və Prezident Ofisinin işçiləri
kimi tanıdan şəxslər saxlanıldılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda özlərini Milli Kəşfiyyat
Təşkilatı (MİT) və Prezident Ofisinin əməkdaşları kimi tanıdan şəxslər
saxlanılıblar.
Vezirköprü Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində
özlərini MİT və Prezident Ofisi əməkdaşları kimi təqdim edən üç nəfər ələ
keçirilib ki, bunlardan biri yerli icra nümayəndəsi, ikisi keçmiş çavuş olub.
Araşdırma zamanı məlum olub ki, bu şəxslər 13 nəfəri müxtəlif dövlət
qurumlarında işə düzəltmək və silah lisenziyası almaq kimi müxtəlif vədlərlə
aldadaraq 5 milyon Türkiyə lirəsi (292 min manatdan çox) məbləğində pullarını
mənimsəyiblər.
Zərərçəkmiş sakinlərin ifadələri alındıqdan sonra aparılan istintaq
çərçivəsində üç şübhəli şəxs saxlanılıb. Polis bölməsində ifadə verdikdən sonra
şübhəlilər məhkəməyə göndəriliblər, orada isə həbs olunublar.
İstintaq çərçivəsində cinayət əməli qurbanlarının sayının artacağı gözlənilir.
Mənbə: Haber Global