Türkiyədə antiterror əməliyyatı zamanı Bağır Andok ləqəbli terrorçu məhv edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən yaydığı məlumatda deyilir.
Bildirilir ki, əsl adı Fatih Özden olan terrorçu Hakkari vilayətində keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Qeyd olunur ki, F. Özden PKK terror təşkilatının bölgə üzrə məsul şəxsi olub.