ddcca931-05ad-4a4a-b7f7-7a78b651b0b0..jpg

Türkiyədə polis həmkarlarını bölmədə güllələdi: İki ölü, səkkiz yaralı

Baxış sayı: 409 dəfə baxılıb.

Türkiyədə polis həmkarlarını bölmədə güllələdi: İki ölü, səkkiz yaralı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Adıyaman şəhərində polis məmuru bölmədə vəzifə başında digər polis
əməkdaşlarına silahla atəş açıb.

İnsident Adıyaman Altınşehir Polis Bölməsində baş verib.

İddialara görə, polis bölməsində növbətçi olan polis məmuru naməlum səbəbdən
digər polis əməkdaşlarına silahla atəş açıb. Hadisə zamanı azı iki nəfər ölüb,
səkkiz nəfər yaralanıb.

Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Mənbə: İHA

Source link