Türkiyədə qəzalı vəziyyətə düşmüş binaların uçurdulması davam edir – VİDEO
Türkiyənin Hatay şəhərində fevralda baş verən zəlzələlər nəticəsində qəzalı
vəziyyətə düşmüş yaşayış binalarının uçurdulması prosesi hələ də davam edir.
Çoxmərtəbəli binalar yol-tikinti texnikası ilə uçurdulur.
Xatırladaq ki, Türkiyədə 6 fevral 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələdən
ən çox zərər çəkən vilayətlərdən biri də Hatay olub.
Mənbə: İHA