0c4952c0-485d-4cb6-a801-f9bea7051ec5..jpg

Türkiyədə qadın ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə başladı

Baxış sayı: 1. 347 dəfə baxılıb.

Türkiyədə qadın ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə
başladı

Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriye Arslanın
qətiyyəti hər kəs tərəfindən bəyənilib.

Belə ki, Arslan hərfləri tanımadığından qəzaya düşən və xəstəxanaya
yerləşdirilən həyat yoldaşının adını oxuya bilmədiyi üçün onun otağını tapa
bilməyib. Elə həmin gün o, dil kursuna getməyə qərar verib.

“İllər sonra oxuyub-yazmağı öyrənmək çox gözəl hissdir. Oxuyub-yazmağı
bilməyən insanlar kor olurlar.

Kəndimizdə məktəb var idi. Anam, atam dağa gedirdilər. Uşaqlara mən baxırdım,
ona görə də məktəbə gedə bilmədim. Sonradan Mersinə köçdük, oxumağı bacarmırdım
deyə heç yerə tək gedə bilmirdim”, – deyə 73 yaşında arzularına çatmağın
sevincini yaşayan Arslan indi hər yerə tək getdiyini bildirib.

Mənbə: İHA

Source link